Bəşər Əsəd: "Tramp İŞİD-lə mübarizədə müttəfiq ola bilər"

Bəşər Əsəd: "Tramp İŞİD-lə mübarizədə müttəfiq ola bilər" Terrorizmə qarşı mübarizə Trampın arzusundan asılıdır
Digər ölkələr
17 Dekabr , 2016 05:35
Bəşər Əsəd: Tramp İŞİD-lə mübarizədə müttəfiq ola bilər

Bakı. 17 dekabr. REPORT.AZ/ "Tramp İŞİD-lə mübarizədə müttəfiq ola bilər".

"Report" xəbər verir ki, bu sözləri "Rossiya 24" və "NTV" telekanallarına müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.

O, bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti terrora qarşı mübarizə aparacağı barədə vədinə əməl etsə, Suriyanın təbii müttəfiqi ola bilər.

"Əgər Tramp doğrudan da terrorçuluğa qarşı mübarizə aparsa, hesab edirəm ki, o, sizin və bizim təbii tərəfdaşımız ola bilər" – deyə Əsəd müsahibəsində bildirib. Lakin Suriya prezidenti həmçinin ABŞ-ın yeni seçilmiş dövlət başçısının terrora qarşı indi mübarizə aparmaq qabiliyyətinə şübhə etdiyini də gizlətməyib.

"Seçki vaxtı Trampın terrorizmə qarşı mübarizə və başqa ölkələrin işinə müdaxilə etməmək haqqında açıqlamaları aydın idi. Lakin Birləşmiş Ştatlarda bunu onilliklər ərzində deyiblər" – deyə Suriya prezidenti vurğulayıb.

"Bu, yaxşıdır, amma terrorizmə qarşı mübarizə Trampın arzusundan və bunu etmək qabiliyyətindən asılıdır" – deyə Əsəd vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi