Bəşər Əsəd KXDR lideri ilə görüşmək niyyətindədir

Bəşər Əsəd KXDR lideri ilə görüşmək niyyətindədir Bakı. 3 iyun. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsəd KXDR-ə rəsmi səfər etmək və ölkə lideri Kim Çen In ilə görüşmək niyyətində olduğunu bildirib.
Digər ölkələr
3 İyun , 2018 07:44
Bəşər Əsəd KXDR lideri ilə görüşmək niyyətindədir

Bakı. 3 iyun. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsəd KXDR-ə rəsmi səfər etmək və ölkə lideri Kim Çen In ilə görüşmək niyyətində olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Rodong Sinmun" qəzeti yazıb.

Bildirilir ki, Əsəd müvafiq bəyanatla mayın 30-da KXDR-in Suriyadakı yeni səfirinin etimadnaməsini qəbul edən zamanı çıxış edib.

"Mən gələcəkdə KXDR-ə səfər etmək və onun lideri Kim Çen Inla görüşmək niyyətindəyəm", - deyə qəzet prezidentin sözlərini sitat gətirib.

O həmçinin Suriya hökumətinin bundan sonra da Şimali Koreyanın siyasi kursunu dəstəkləyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi