Bəşər Əsəd ittihamları rədd edir

Bəşər Əsəd ittihamları rədd edir "Bəzi qüvvələr Suriya hökumətini iblis kimi qələmə vermək istəyir"
Digər ölkələr
17 Aprel , 2015 20:18
Bəşər Əsəd ittihamları rədd edir

Bakı. 17 aprel. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsəd onun tabeliyində olan qüvvələr tərəfindən mülkü vətəndaşlara qarşı kimyəvi silahlardan istifadə olunduğuna dair ittihamları rədd edib.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, Əsəd bu kimi ittihamların Suriya hökuməti qarşı aparılan qarayaxma təbliğatının parçası olduğunu deyib.

Onun sözlərinə görə, bəzi qüvvələr Suriya hökumətini iblis kimi qələmə vermək istəyir.

“Bu təbliğat regionumuzdakı reallığı əks etdirmir. Onların bu ittihamlara dair bir dənə də olsun dəlili yoxdur”, - deyə Suriya prezidenti vurğulayıb.

Xatırladaq ki, İnsan Haqlarını Müşahidə qrupu bəyan edib ki, ötən ay hökümət qüvvələri İdlib vilayətində kimyəvi bombalardan istifadə edib.

Son xəbərlər

Orphus sistemi