Yuxarı
    Bağlamaq

    Bəşər Əsəd İranın sülh planını dəstəklədi

    Sülh planı döyüşlərin dərhal dayandırılmasını, vahid hökümətin formalaşdırılmasını və seçkilərin keçirilməsini nəzərdə tutur

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsəd ölkəsində yaşanan qanlı münaqişənin həllinə dair İran tərəfindən hazırlanan sülh planını dəstəklədiyini bəyan edib.

    "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, rəsmi Tehranın planını "məhsuldar siyasi təşəbbüs" adlandıran Suriya prezidenti bildirib ki, istənilən təklif Suriya xalqının iradəsini nəzərə almalıdır.

    Xatırladaq ki, İranın Xarici İşlər Nazirinin Cavad Zərifini avqustun 12-də açıqladığı sülh planı döyüşlərin dərhal dayandırılmasını, vahid hökümətin formalaşdırılmasını və beynəlxalq müşahidəçilərin iştirakı ilə seçkilərin keçirilməsini nəzərdə tutur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi