Yuxarı

​Bəşər Əsəd: "Fransa terrorizmi dəstəkləyir və sülhə deyil, müharibəyə yardım edir"

Çexiya balanslaşdırılmış siyasəti sayəsində sülh sazişləri üçün meydança ola bilər

Bakı. 01 dekabr. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsəd Çexiya televiziyasına müsahibəsində Praqada mümkün sülh sazişinin imzalanmasını dəstəkləyib və bunu real imkan adlandırıb.

"Report" xəbər verir ki, eyni zamanda o, Suriya münaqişəsi üzrə sülh sazişinin Fransada imzalana biləcəyinə inanmadığını bildirib.

"Suriyalılar deyəcəklər ki, sülh konfransı, misal üçün, Fransada keçirilə bilməz, çünki Fransa terrorizmi dəstəkləyir və sülhə deyil, müharibəyə yardım edir", — deyə Əsəd qeyd edib.

Onun sözlərinə görə, Çexiya balanslaşdırılmış siyasəti sayəsində sülh sazişləri üçün meydança ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi