​Bəşər Əsəd: Dəməşq Suriyada terrorçuları dəstəkləyən Qərb ilə dialoqa hazır deyil

​Bəşər Əsəd: Dəməşq Suriyada terrorçuları dəstəkləyən Qərb ilə dialoqa hazır deyil "Biz yox, onlar Suriya ilə bağlı səhvə yol veriblər"
Digər ölkələr
21 Aprel , 2015 02:47
​Bəşər Əsəd: Dəməşq Suriyada terrorçuları dəstəkləyən Qərb ilə dialoqa hazır deyil

Bakı. 21 aprel. REPORT.AZ/ "Rəsmi Dəməşq Qərb paytaxtları ilə istənilən konstruktiv dialoqa açıqdır, lakin müzakirələr Qərb hökumətləri Suriyada fəaliyyət göstərən terrorçuları dəstəklədikcə mümkünsüzdür".

"Report" TASS-a istinadən xəbər verir ki, bu mövqe ilə Fransanın "Frans-2" telekanalına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd çıxış edib.

Suriya lideri qeyd edib ki, əyani müzakirələrdən söz açmaq üçün, Qərb ölkələri ilk növbədə Suriyadakı silahlı qruplaşmaları dəstəkləmədiklərinə və bu Yaxın Şərq ölkəsində törədilən qırğınlarda iştirak etmədiklərinə inandırmalıdırlar.

"Biz nə bir fransalını, nə bir avropalını öldürməmişik, biz sizin ölkələrinizdə terrorçu olmamışıq, əslində onlar Suriya ilə bağlı səhv ediblər", - deyə Əsəd bildirib.

Prezidentin sözlərinə görə, onun hökuməti Suriya vətəndaşlarının maraqlarına uyğun olacaq istənilən dialoqa hazırdır.

"Biz hər bir kəslə dialoqa hazırıq. Lakin bizim ölkəmizdə terrorçuluğu dəstəkləyən hökumət ilə necə dialoqa girmək olar? Və nə üçün? Əgər onlar öz siyasətlərini dəyişərlərsə, biz dialoq aparmağa hazır olacağıq".

Son xəbərlər

Orphus sistemi