Beş ölkədə koronavirusdan ölənlərin sayı artdı

Beş ölkədə koronavirusdan ölənlərin sayı artdı İsveçrə, Polşa, Yunanıstan, İraq və Filippində koronavirus infeksiyasından ölənlərin sayı artıb.
Digər ölkələr
988
14 Mart , 2020 12:52
Beş ölkədə koronavirusdan ölənlərin sayı artdı
Kazakh TV

İsveçrə, Polşa, Yunanıstan, İraq və Filippində koronavirus infeksiyasından ölənlərin sayı artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrədə 7, Polşa və Yunanıstanda 2, İraqda 10, Filippində isə 8 nəfər virusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 874-ə çatıb. Bunların 72 553 nəfəri sağalıb, 5 438 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb.

Son xəbərlər

Orphus sistemi