Beş ölkə İranda aviaqəzada ölənlərin doğmalarına kömək qrupu yaradıb

Beş ölkə İranda aviaqəzada ölənlərin doğmalarına kömək qrupu yaradıb Kanada, Əfqanıstan, Böyük Britaniya, İsveç və Ukrayna Tehran aeroportunda Ukrayna Beynəlxalq Hava Yolları təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına kömək üzrə xüsusi qrup yaradıb.
Digər ölkələr
11 yanvar 2020 01:30
Beş ölkə İranda aviaqəzada ölənlərin doğmalarına kömək qrupu yaradıb

Kanada, Əfqanıstan, Böyük Britaniya, İsveç və Ukrayna Tehran aeroportunda "Ukrayna Beynəlxalq Hava Yolları" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına kömək üzrə xüsusi qrup yaradıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xаrici İşlər Nаzirliyinin başçısı Fransua-Filipp Şampan jurnalistlərə bildirib.

"Biz vətəndaşları aviaqəzada həlak olan ölkələrin beynəlxalq koordinasiya qrupunu yaratdıq", - o deyib.

Şampan qeyd edib ki, qrupa Kanada, Əfqanıstan, Böyük Britaniya, İsveçUkrayna nümayəndələri daxildir. Xarici İşlər Nazirliyi başçısının sözlərinə görə, qrup qəzanın səbəblərinin araşdırılmasının gedişi haqqında bütün operativ informasiyanı həlak olanların qohumlarına çatdıracaq və onlara lazımi kömək göstərməklə məşğul olacaq.

"Həlak olanların ailələri bütün suallara cavab almalıdır", - nazir vurğulayıb.

Şampan həmçinin bildirib ki, qəzada Kanadanın 57 vətəndaşı həlak olub. Qeyd edək ki, daha əvvəl bu rəqəmin 63 olduğu hesab edilirdi.

Son xəbərlər

Orphus sistemi