Silvio Berluskoni ona səs verməyən italyanları təhqir edib

Silvio Berluskoni ona səs verməyən italyanları təhqir edib Bakı. 13 fevral. REPORT.AZ/ İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoni ona səs verməyi dayandırmış həmyerlilərini dəli adlandırıb.
Digər ölkələr
23429
13 Fevral , 2019 03:53
Silvio Berluskoni ona səs verməyən italyanları təhqir edib

Bakı. 13 fevral. REPORT.AZ/ İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoni ona səs verməyi dayandırmış həmyerlilərini "dəli" adlandırıb.

"Report" xəbər verir ki, siyasətçi "Canale 5" telekanalında çıxışında bəzi həmvətənlərini təhqir edib.

"Berluskoniyə nə qədər insan səs verir? Yüz nəfərdən beş və ya altı nəfər. Buna görə utanıram. Demək olar ki, bütün italiyalılar dəli olublar. Onlar öz başlarını hara "böldülər"?", - deyə 82 yaşlı siyasətçi bildirib.

Siyasətçi həmçinin qeyd edib ki, o, (hakimiyyətdə olarkən -red) vergiləri azaldıb, İtaliyann dünyadakı rolu təmin edib, iş yerləri yaradıb.

O, həmçinin bildirib ki, mayda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcək. Siyasətçinin fikrincə, Avropa Birliyi ciddi dəyişiklikləri tələb edir.

İtaliyanın sabiq baş naziri daha əvvəl də may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək fikrində olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi