Berlindəki nümayişlərdə 240 şəxs saxlanılıb

Berlindəki nümayişlərdə 240 şəxs saxlanılıb 20 nümayişdə 30 polis əməkdaşı xəsarət alıb
Digər ölkələr
2 May , 2021 14:40
Berlindəki nümayişlərdə 240 şəxs saxlanılıb

Almaniya polisi paytaxt Berlin şəhərində 1 May günü münasibəti ilə keçirilən nümayişlərində iştirak edən 240 nəfəri saxlayıb.

“Report”un məlumatına görə, bu barədə RBB telekanalı xəbər yayıb.

20 nümayişdə 30 polis əməkdaşı xəsarət alıb. Noykölln-Kroyzberq bölgəsində 8-10 min nəfərin iştirak etdiyi nümayişlər əvvəlcə dinc şəraitdə keçsə də, axşam saatlarına doğru polislə qarşıdurma yaranıb.

Nümayişçilər polislərə daş, pirotexnika və şüşə butulkalar atıblar. Ayrıca, aktivistlər taxta paletləri və elektrikli skuterləri yandırıblar.

Son xəbərlər

Orphus sistemi