Berlində terror aktı törətməkdə şübhəli bilinən şəxs İtaliyada güllələnib

Berlində terror aktı törətməkdə şübhəli bilinən şəxs İtaliyada güllələnib Terror hücumunu törətməkdə Tunisdən olan qaçqın Anis Amri şübhəli bilinir
Digər ölkələr
23 Dekabr , 2016 14:07
Berlində terror aktı törətməkdə şübhəli bilinən şəxs İtaliyada güllələnib

Bakı. 23 dekabr. REPORT.AZ/ Milan polisi Berlində Milad yarmarkasında yük maşınını insanların üstünə sürməklə onlara hücum edən şəxsi güllələyərək öldürüb.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Reuters" agentliyi məlumat verib.

"La Repubblica" nəşrinin yazdığına görə, atışma dekabrın 23-nə keçən gecə dəmir yolu stansiyasının yaxınlığında, 1 May meydanda baş verib.

Xatırladaq ki, dekabrın 19-da Berlində Milad yarmarkasında baş verən hücumda 12 nəfər həlak olub, təqribən 50 nəfər yaralanıb. Terror hücumunu törətməkdə Tunisdən olan qaçqın, İŞİD terror qruplaşmasıyla bağlılığı olan Anis Amri şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi