Berlində "Normand dördlüyü"nün görüşü başa çatıb

Berlində "Normand dördlüyü"nün görüşü başa çatıb Dörd dövlətin lideri görüşdə Donbasdakı vəziyyəti müzakirə ediblər
Digər ölkələr
20 Oktyabr , 2016 01:27
Berlində Normand dördlüyünün görüşü başa çatıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində Rusiya prezidenti Vladimir Putinin, Ukrayna prezidenti Pyotr Poroşenkonun, Almaniya kansleri Angela Merkelin və Fransa prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən "Normand dördlüyü"nün görüşü başa çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, dörd dövlətin lideri 5 saata yaxın davam edən görüşdə Donbasdakı vəziyyəti müzakirə ediblər.

Rusiya prezidenti Vladimir Putinin fransalı həmkarı Fransua Olland, habelə Almaniya kansleri Angela Merkellə Suriya problemini müzakirə edəcəkləri gözlənilir. 

Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib ki, alman hökumətinin Ukrayna və Suriya problemlərinin nizama salınması məsələlərinə birtərəfli yanaşmasına baxmayaraq, Rusiya hər iki məsələdə danışıqlar üzrə zəruri  müttəfiq olaraq qalır.

Fransa və Almaniyanın liderlərinin görüşün nəticəsinə görə mətbuat konfransı və Rusiya prezidentinin brifinq keçirəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi