Berlində naməlum şəxs dükanda atəş açıb

Berlində naməlum şəxs dükanda atəş açıb Berlin şəhərinin mərkəzində naməlum şəxs dükanda (başqa mənbələrə görə kafedə) atəş açıb.
Digər ölkələr
30 Dekabr , 2019 18:43
Berlində naməlum şəxs dükanda atəş açıb

Berlin şəhərinin mərkəzində naməlum şəxs dükanda (başqa mənbələrə görə kafedə) atəş açıb.

“Report” “İndependent”ə istinadən xəbər verir ki, hadisənin qarət məqsədilə törədildiyi ehtimal edilir.

Hadisə yerində silahlı polislər keşik çəkir. Eyni zamanda hadisə nəticəsində xəsarət alanın olub-olmaması bəlli deyil.

Həmin məkanın vaxtilə Berlin divarının mühüm buraxılış məntəqəsinin yaxınlığında yerləşdiyi, hazırda isə turistlərin sevimli yerlərindən biri olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi