Berlində müəllimlər və tərbiyəçilər tətilə başlayıb

Berlində müəllimlər və tərbiyəçilər tətilə başlayıb Bakı. 26 fevral. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində müəllim və bağça tərbiyəçilərinin həmkarlar ittifaqlarının 10 minə yaxın üzvü tətil keçirir.
Digər ölkələr
26 Fevral , 2019 19:31
Berlində müəllimlər və tərbiyəçilər tətilə başlayıb

Bakı. 26 fevral. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində müəllim və bağça tərbiyəçilərinin həmkarlar ittifaqlarının 10 minə yaxın üzvü tətil keçirir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar əməkhaqlarının 6 faiz artırılmasını tələb edirlər.

Tətil Almaniya Dövlət Qulluqçuları İttifaqı (DBB) ilə əyalət hökumətləri arasındakı danışıqların fevralın 28-də başlayacaq ikinci mərhələsi ərəfəsində keçirilir.

Berlində etirazçılar “Müəllimlərə layiqli əməkhaqqı!”, “Bütün vətəndaşlara layiqli zəhməthaqqı!”, “Məktəb müəllimi dayədən az maaş alır!” şüarları ilə Nordbahnhoff vağzalından şəhər mərkəzinə doğru yürüş edərək Bebelsplatz meydanında toplaşıb və tətil keçirəcəklərini bəyan ediblər.

Oxşar etiraz aksiyalarının Maintz, Saarbrükken, Heidelberq, Frankfurt, Düseldorf kimi mühüm şəhərlərdə də keçiriləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi