Berlində məktəbdə baş verən kütləvi davada 50-yə yaxın şəxs xəsarət alıb

Berlində məktəbdə baş verən kütləvi davada 50-yə yaxın şəxs xəsarət alıb Almanyanın paytaxtı Berlinin Neukölln rayonunda məktəbdə baş verən kütləvi davada ən azı 49 nəfər xəsarət alıb.
Digər ölkələr
12 Dekabr , 2023 16:53
Berlində məktəbdə baş verən kütləvi davada 50-yə yaxın şəxs xəsarət alıb

Almaniyanın paytaxtı Berlinin Neukölln rayonunda məktəbdə baş verən kütləvi davada ən azı 49 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Kütləvi davaya səbəb kimi şagirdlər arasında yaranan fikir ayrılığı göstərilib. 14-15 yaşlı 5 yeniyetmə mübahisə zamanı bir-birilərinin üzərinə bibər qazı sıxıblar. Bu, tədricən kütləvi davaya çevrilib. İki müəllim davanı dağıtmaq istəyəndə onlara qarşı da qazdan istifadə olunub. Məktəb direktoru şagirdləri ayırmaq istəyərkən qolunu sındırıb.

Qeyd edilib ki, hadisə yerinə polis əməkdaşları gəlib. Asayişi pozanlardan biri hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir edib, hədələyib, bundan sonra onu saxlayıblar.

Kütləvi davada iştirak edən yeniyetmələr valideynlərinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi