Berlində II Dünya müharibəsinə aid aviabomba zərərsizləşdirilib

Berlində II Dünya müharibəsinə aid aviabomba zərərsizləşdirilib 250 kq-lıq bomba Şeneberq rayonunda tikinti zamanı tapılıb
Digər ölkələr
3 Oktyabr , 2017 07:22
Berlində II Dünya müharibəsinə aid aviabomba zərərsizləşdirilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Berlində II Dünya müharibəsinə aid partlamamış aviabomba aşkar edilib və zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən TASS məlumat yayıb.

Çəkisi 250 kq olan döyüş sursatı Şeneberq rayonunda, "Innsbrucker platz" metrostansiyası yaxınlığında aparılan tikinti işləri zamanı tapılıb. İstehkamçıların mərmini zərərsizləşdirə bilməsi üçün yaxın ərazi mühasirəyə alınıb və təqribən 10 min insan təxliyyə edilib.

Son xəbərlər

Orphus sistemi