Berlində atışma olub: ölən və yaralananlar var

Berlində atışma olub: ölən və yaralananlar var Hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Digər ölkələr
16 Sentyabr , 2017 07:38
Berlində atışma olub: ölən və yaralananlar var
Courtesy İmage

Bakı. 16 sentyabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində atışma olub.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib. 

Berlin polisinin "Twitter"-də yaydığı xəbərdə bildirilir ki, hadisə Berlinin Hoenşyonhauzen rayonunda, gecə klubu yaxınlığında qeydə alınıb. İnsident zamanı azı bir nəfər öldürülüb, daha üç nəfər xəsarət alıb.

"Gecə Hoenşyonhauzendə, gecə klubunun yaxınlığında baş vermiş atışmada 3 nəfər xəsarət alıb, 1 nəfər öldürülüb", - deyə polisin xəbərində bildirilir.

Hadisə barədə əlavə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi