Yuxarı

Berlində ABŞ səfirliyi yaxınlığında bomba ilə təhdid edən şəxs həbs olunub

Ərazi polis tərəfindən mühasirəyə alınıb, çemodanın içi yoxlanılır

Bakı. 11 mart. REPORT.AZ/ Berlin polisi ABŞ səfirliyinə girməyə çalışan və çemodanında bomba olduğunu söyləyən şəxsi həbs edib.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Polis nümayəndəsinin bildirdiyinə görə, həmin kişini bu gün səhər səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşları saxlayıb.

Saxlanılan şəxsin adı açıqlanmır. Polisdən isə məlumat verilib ki, həmin adamda psixoloji qeyri-sabitlik əlamətləri var.

Ərazi polis tərəfindən mühasirəyə alınıb, çemodanın içi yoxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi