Berlində Ukraynadakı vəziyyətlə bağlı danışıqlar başa çatıb

Berlində Ukraynadakı vəziyyətlə bağlı danışıqlar başa çatıb Frank Valter-Ştaynmayer: "Görüşdə bir sıra bəndlər üzrə irəliləyiş əldə olunub"
Digər ölkələr
18 Avqust , 2014 13:47
Berlində Ukraynadakı vəziyyətlə bağlı danışıqlar başa çatıb

Bakı. 18 avqust. REPORT.AZ/ Berlində Rusiya, Ukrayna, Almaniya və Fransa XİN rəhbərlərinin danışıqları keçirilib. 

Report-un beynəlxalq KİV-ə istinadən verdiyi xəbərə görə, Almaniya Xarici İşlər naziri Frank Valter-Ştaynmayer beş saatlıq danışıqlardan sonra jurnalistlərə bildirib ki, görüşdə bir sıra bəndlər üzrə irəliləyiş əldə olunub.

"Bu söhbət zəruri idi. Dəvəti qəbul etdikləri üçün Rusiya, Ukrayna və Fransa nazirlərinə minnətdarlığımı bildirirəm. Biz bu gün uzun müddət ərzində danışıb, hərbi hərəkətlərin dayandırılması yollarını müzakirə etdik. Bundan başqa, mülki əhaliyə humanitar yardım müzakirələrin mövzusu olub. Bu, çətin söhbətdir, lakin mənim fikrimcə, bəzi bəndlər üzrə biz irəliləyiş əldə etmişik. Bazar ertəsi və çərşənbə axşamı bugünkü söhbətin hansı formada davam edə biləcəyi qərarlaşdırılacaq. Biz atəşkəsə nail olmaq və qurbanların sayının artmasına yol verməmək məqsədini güdürük" - deyə, Almaniya XİN rəhbəri qeyd edib. 

Ukrayna Xarici İşlər naziri Pavel Klimkin öz Twitter səhifəsində yazıb: "Beş saat ağır söhbət. Lakin bir nəticəyə gəlmək üçün belə beş saatlıq söhbətlərdən çox tələb olunacaq".

Bundan başqa, onun sözlərinə görə, dövlətin öz qırmızı xəttinin keçməsi tələb olunduğu zaman kompromis ola bilməz. "Ukrayna onu danışıqlar zamanı keçməyib. Mən bizim partnyorlarımızın dəstəyini hiss etdim" - deyə, nazir bildirib. 

Son xəbərlər

Orphus sistemi