Berlin terrorçusunun şərikləri həbs edilib

Berlin terrorçusunun şərikləri həbs edilib Bu barədə Tunisin Daxili İşlər Nazirliyi məlumat yayıb
Digər ölkələr
24 Dekabr , 2016 21:45
Berlin terrorçusunun şərikləri həbs edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Tunisin təhlükəsizlik orqanlarının əməkdaşları Almaniyanın paytaxtı Berlin şəhərindəki yarmarkada baş vermiş terror akrının əsas təşkilatçısı Anis Amri ilə əlaqədə olduğu güman edilən 3 silahlını həbs edib.

"Report" xəbər verir ki, bu barədə Tunisin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyi bildirib ki, 24 yaşlı Amrinin qardaşı oğlu da həbs edilmiş 3 nəfərin arasındadır. Onlar sosial şəbəkələr vasitəsilə Amriylə əlaqədə olublar.

Qeyd edək ki, Amri Berlindəki Milad yarmarkasında baş vermiş terror aktında məsuliyyət daşıyırdı. Terror aktı zamanı 12 nəfər həlak olub.

Xatırladaq ki, terrorçu Anis Amri özü dekabrın 23-də italyan polisi tərəfindən öldürülüb.

Son xəbərlər

Orphus sistemi