Benyamin Netanyahu ilə Donald Tramp arasında telefon danışığı olub

Benyamin Netanyahu ilə Donald Tramp arasında telefon danışığı olub İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa telefonla zəng edərək ABŞ administrasiyasının Qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşası ilə bağlı verdiyi qərara görə təşəkkür edib.
Digər ölkələr
19 Noyabr , 2019 05:40
Benyamin Netanyahu ilə Donald Tramp arasında telefon danışığı olub

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa telefonla zəng edərək ABŞ administrasiyasının Qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşası ilə bağlı verdiyi qərara görə təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə hökumət başçısı özünün “Twitter” səhifəsində məlumat yayıb.

“ABŞ prezidenti Donald Tramp ilə telefonla danışdım və tarixi ədalətsizliyi düzəltdiyini söylədim. Bəzilərinə sadə həqiqəti söyləmək lazım idi. Mən prezident Trampa dedim ki, bura bizim üçün yad torpaqlar deyil, 3 min ildən çoxdur ki, vətənimizdir."

Netanyahu, ABŞ-ın son bəyanatını Fələstin tərəfi ilə danışıqlara mane olmayacağını vurğulayıb: “Əksinə, barışa öz töhfəsini verəcək. Çünki, yalanlara əsaslanan həqiqi bir sülh qurmaq mümkün deyil”.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Qərb sahilində və Şərqi Qüdsdə İsrail mülki yaşayış məntəqələrinin inşası beynəlxalq hüquqa zidd deyil.

Son xəbərlər

Orphus sistemi