Yuxarı
    Bağlamaq

    Benua Amonun Fransa prezidentliyinə namizədliyi rəsmən təsdiqlənib

    Onun namizədliyi Fransa Sosialist Partiyasının qurultayında təsdiq edilib

    Bakı. 5 fevral. REPORT.AZ/ Benua Amon sosialistlərin Fransa prezidentliyinə namizədi kimi rəsmən təsdiq olunub.

    "Report" xəbər verir ki, onun namizədliyinin rəsmən irəli sürüldüyü Fransa Sosialist Partiyasının bazar günü keçirilən qurultayında elan olunub.

    Amon, xüsusilə 2022-ci ilə qədər bütün fransızlar üçün 750 avro həcmində şərtsiz baza gəlirinin tətbiqi mövqeyindən çıxış edir. Bu siyasət hər bir ölkə vətəndaşına hər hansı işi görmək zərurəti olmadan sözügedən məbləği ödəməyi nəzərdə tutur.

    Amonun prezident seçkilərində əsas rəqibləri Respublikaçılar Partiyasından namizəd, ölkənin sabiq baş naziri Fransua Fayon, keçmiş iqtisadiyyat naziri və "İrəli!" hərəkatının lideri Emmanuel Makron, həmçinin Milli Cəbhə Partiyasının lideri Marin Le Pen olacaq.

    Fransada iki mərhələdən ibarət prezident seçkiləri cari ilin 23 aprel və 7 may tarixlərində keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi