Benində zibillikdə baş verən partlayışda 100 nəfər həlak olub

Benində zibillikdə baş verən partlayışda 100 nəfər həlak olub Xarab olmuş un partlayıb
Digər ölkələr
9 Sentyabr , 2016 15:46
Benində zibillikdə baş verən partlayışda 100 nəfər həlak olub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Benində zibillikdə baş verən partlayış nəticəsində 100-ə yaxın insan həlak olub, 200 nəfər xəsarət alıb.

Bu barədə "Report" Sinxua"ya istinadən xəbər verir. 

Bildirilib ki, partlayış ölkənin iri şəhərlərindən olan Kotonuda məişət tullantılarının yandırılması poliqonunda baş verib. Xarab olmuş un partlayıb. Yerli sakinlər həmin unu aparmaq üçün poliqona gəlib. Un gömrükdə müsadirə edildikdən sonra poliqona gətirilib. 

Ümumiyyətlə, ölənlərin sayının artacağı istisna olunmur, çünki yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi