Ben Ladenin öldürülməsinə kömək edən həkim təhlükəsiz yerə köçürülüb

Ben Ladenin öldürülməsinə kömək edən həkim təhlükəsiz yerə köçürülüb Bakı. 28 aprel. REPORT.AZ/ Pakistanlı həkim, terrorçu Ben Ladenin məhv edilməsində və izlənilməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə kömək etmiş Şakil Afridi Peşavardakı həbsxanadan təhlükəsiz yerə köçürülüb.
Digər ölkələr
28 Aprel , 2018 08:55
Ben Ladenin öldürülməsinə kömək edən həkim təhlükəsiz yerə köçürülüb

Bakı. 28 aprel. REPORT.AZ/ Pakistanlı həkim, terrorçu Ben Ladenin məhv edilməsində və izlənilməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə kömək etmiş Şakil Afridi Peşavardakı həbsxanadan təhlükəsiz yerə köçürülüb.

"Report"un məlumatına bu barədə "France Presse" hüquq-mühafizə orqanlarındakı mənbələrə və məhbusun ailəsinə istinadən xəbər verib.

Bildirilir ki, kəşfiyyatçılar həkimi aprelin 26-da başqa əraziyə aparıblar. Onun nə üçün başqa əraziyə aparılmasının səbəbləri məlum deyil.

Afridi 2011-ci ilin mayında Ben Ladenin məhvində ABŞ kəşfiyyatçılarına kömək edib. 

Son xəbərlər

Orphus sistemi