Belqradın mərkəzində atışma olub, ölən və yaralananlar var

Belqradın mərkəzində atışma olub, ölən və yaralananlar var Bakı. 12 mart. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqrad şəhərinin mərkəzində baş verən atışma zamanı bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdədir.
Digər ölkələr
12 Mart , 2018 15:27
Belqradın mərkəzində atışma olub, ölən və yaralananlar var

Bakı. 12 mart. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqrad şəhərinin mərkəzində baş verən atışma zamanı bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdədir.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisəni şirkətlərdən birinin işdən azad edilən və bu yolla sabiq həmkarları ilə hesablaşmağa çalışan əməkdaşı törədib.

O, müəssisənin ofisinə girərək insanlara atəş açıb.

Hadisə yerinə gələn təcili yardım həkimləri bir nəfərin öldüyünü qeydə alıb, iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları çalışırlar.

Son xəbərlər

Orphus sistemi