Yuxarı

Belqradda Rusiya və Türkiyə XİN başçıları arasında görüş keçirilib

Nazirlərin görüşü 40 dəqiqə çəkib və detalları barədə heç bir məlumat verilməyib

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Türkiyə və Rusiya xarici işlər nazirləri Belqradda bir araya gəlib.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında görüş ATƏT-in Nazirlər Şurası çərçivəsində baş tutub.

Nazirlərin görüşü 40 dəqiqə çəkib və detalları barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, bu, Türkiyənin sərhədlərini pozduğuna görə Rusiya təyyarəsinin vurulması nəticəsində iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra tərəflər arasında ilk rəsmi təmasdır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi