Bakı. 4 oktyabr. REPORT.AZ/ Belarus müxalifəti ölkə ərazisində Rusiya hərbi bazasının yaradılmasına dair qərarı pisləyib.
“Report”un “Gazeta.Ru” saytına istinadən verdiyi xəbərə görə, paytaxt Minskdə bu gün keçirilən aksiyada 400 müxalifət tərəfdarı iştirak edib.
Rusiya prezidenti Vladimir Putin ötən gün Belarus ərazisində hərbi bazanın yaradılmasına dair sərəncam imzalıyıb.