Belçikanın XİN başçısı koronavirusa yoluxub

Belçikanın XİN başçısı koronavirusa yoluxub O, ailəsinin çevrəsindəkilərdən yoluxduğunu ehtimal edib.
Digər ölkələr
2486
17 Oktyabr , 2020 17:18
Belçikanın XİN başçısı koronavirusa yoluxub
Sofi Vilmes

Belçikanın Xarici işlər naziri Sofi Vilmes koronavirusa yoluxub.

“Report” xəbər verir ki, nazir bunu tvitter səhifəsində yazıb.

Vilmes bildirib ki, onun COVID-19-a görə verdiyi testin nəticəsi müsbət olub. O, ailəsinin çevrəsindəkilərdən yoluxduğunu ehtimal edib. Nazir özünü təcrid etdiyini də yazıb.

Qeyd edək ki, Sofi Vilmes oktyabrın 12-də Avropa İttifaqına üzv dövlətlərin XİN başçıları Şurasının toplantısında iştirak edib.

Son xəbərlər

Orphus sistemi