Yuxarı
    Bağlamaq

    ​Belçikanın baş naziri: "Yunanıstanla bağlı razılıq əldə olunub"

    Üç ildə Afinaya 90 milyard dollaradək maliyyə yardımı ediləcək

    Bakı. 13 iyul. REPORT.AZ/ Avrozonanın Yunanıstana 3-cü yardım proqramı ilə bağlı sammiti razılıq əldə etməklə başa çatıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Belçikanın baş naziri Şarl Mişel bildirib.

    Onun sözlərinə görə, bu proqramın uğurla fəaliyyətə başlaması Yunanıstanın avrozonda qalması deməkdir: "Yardım etmək üçün razılıq var" .

    Məlumata görə, güzəşt barədə qərar Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Avropa İtifaqı Şurasının sədri Donald Tuskla Yunanıstanın baş naziri Aleksis Çipras arasında keçirilən görüşdə qəbul olunub.

    İlkin məlumata əsasən, Avroqrup Yunanıstana 3 illiyinə 90 milyard dollaradək 3-cü beynəlxalq makromaliyyə yardım paketi ilə bağlı qərarı iyulun 15-də qəbul etməlidir.

    Bunun üçün Yunanıstan parlamenti islahatlar proqramını, o cümlədən Əlavə Dəyər Vergisinin artırılması, dövlət mülkiyyətinin özəlləşdirliməsi, müəssisələrin iflas olunması haqda yeni qanunun qəbul edilməsi, Milli Statistika Agentliyinin müstəqilliyinə təminatın verilməsini təsdiqləməlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi