Belçikanın Baş naziri: “Aİ ölkələri Qəzzada münaqişə ilə bağlı ortaq mövqeyə gəlməlidir”

Belçikanın Baş naziri: “Aİ ölkələri Qəzzada münaqişə ilə bağlı ortaq mövqeyə gəlməlidir” Avropa İttifaqı (Aİ) ölkələri İsrail və HƏMAS arasında müharibənin həllində rol oynamaq üçün ortaq mövqeyə gəlməlidir.
Digər ölkələr
15 Dekabr , 2023 14:58
Belçikanın Baş naziri: “Aİ ölkələri Qəzzada münaqişə ilə bağlı ortaq mövqeyə gəlməlidir”

Avropa İttifaqı (Aİ) ölkələri İsrail və HƏMAS arasında müharibənin həllində rol oynamaq üçün ortaq mövqeyə gəlməlidir.

"Report" xəbər verir ki, bunu Belçikanın Baş naziri Aleksandr De Kro bildirib.

"Yaxın Şərqdə vəziyyət Aİ-nin oktyabrda keçirilən sonuncu sammitindən sonra daha da pisləşib. İnsan əzabları hər iki tərəfdən sona çatmalıdır. Girovlar azad edilməli və humanitar yardımlara çıxış tam şəkildə təmin edilməlidir. Əgər biz avropalılar bu münaqişənin həllində rol oynamaq istəyiriksə, ortaq mövqeyə gəlməliyik”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi