Belçikada terrorizmdə şübhəli bilinən daha bir nəfər həbs edilib

Belçikada terrorizmdə şübhəli bilinən daha bir nəfər həbs edilib Əsas şübhəli Reda Krike ötən həftə Parisdə həbs edilmişdi
Digər ölkələr
2 Aprel , 2016 15:19
Belçikada terrorizmdə şübhəli bilinən daha bir nəfər həbs edilib

Bakı. 2 aprel. REPORT.AZ/ Belçika hüquq-mühafizə orqanları terror fəaliyyətində və ötən ilin noyabr ayında Parisdə törədilmiş terror hücumlarında əli olmaqda şübhəli bilinən üçüncü şəxsi həbs edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Belçika prokurorluğunun bəyanatında həbs edilən şübhəlinin adı açıqlanmır, sadəcə, onun 33 yaşının olması və cümə axşamı saxlanıldığı xəbər verilir.

Qeyd edək ki, daha əvvəl Belçikada bu işdə əli olmaqda şübhəli bilinən Abderrəhman A. və Rabah M. həbs edilib.

Əsas şübhəli Reda Krike isə ötən həftə Parisdə həbs edilib. Onun mənzilində xeyli miqdarda silah və partlayıcı aşkar edilib.

Son xəbərlər

Orphus sistemi