Belçikada terror aktı törətməyə cəhd edən kişi mühakimə olunacaq

Belçikada terror aktı törətməyə cəhd edən kişi mühakimə olunacaq Saxlanılan şəxs Tunis əsillidir
Digər ölkələr
24 Mart , 2017 11:00
Belçikada terror aktı törətməyə cəhd edən kişi mühakimə olunacaq

Bakı. 24 mart. REPORT.AZ/ Belçika məhkəməsi Antverpendə terror aktı törətmək niyyətində olmaqda şübhəli bilinən şəxsin həbsi barəsində qərar qəbul edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxs Tunis əsillidir.

Xatırladaq ki, dünən Belçika hərbçiləri Antverpenin əsas ticarət rayonu istiqamətində hərəkət etmək istəyən avtomobili müşahidə ediblər. Polis dəstəsi avtomobili dayandırmağa cəhd edib, lakin sürücü tabe olmayıb və insanlar toplaşan küçəyə tərəf hərəkət edib. Piyadalar vaxtında reaksiya verərək dağılışıb, zərərçəkən olmayıb. 

Son xəbərlər

Orphus sistemi