Belçikada supermarketdə atışma baş verib

Belçikada supermarketdə atışma baş verib Supermarketin müştəriləri və işçiləri təxliyə olunub
Digər ölkələr
22 Oktyabr , 2016 15:37
Belçikada supermarketdə atışma baş verib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Belçikada supermarketin müştəriləri və işçiləri atışma haqqında məlumatların daxil olmasından sonra təxliyə olunub.

"Report" Belçika KİV-inə istinadən xəbər verir ki, naməlum şəxs Brüsselin 50 km cənubunda yerləşən Şatle şəhərindəki mağazaya daxil olub və Kalaşnikov tüfəngindən atəş açıb. 

"RTL News"un məlumatına görə, mağazaya bir neçə nəfər daxil olub. 

"Kalaşnikov avtomatından atəş açılıb", - deyə polis mayoru Daniel Vanderlik "RTL News"a müsahibəsində bildirib.

Mağazanın müştərilərindən xəsarət alan olmayıb. Polisin ehtimalına görə, hücum edən şəxslərin məqsədi zərgərlik məmulatlarının oğurlanması olub. 

Son xəbərlər

Orphus sistemi