Yuxarı

​Belçikada sərnişin və yük qatarları toqquşub: 3 ölü, 40 yaralı

Sərnişin qatarı yük qatarına çırpılıb

Bakı. 6 iyun. REPORT.AZ/ Belçikanın Lyej əyaləti yaxınlığında yerləşən Erman-Su-Yun şəhərində sərnişin qatarının yük qatarına çırpılması nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Sen-Jorj-sür-Mez kommunasının burqomistrına istinadən "Le Soir" nəşri məlumat yayıb.

"Sərnişin qatarı yük qatarına çırpılıb, qəzanın səbəbləri araşdırılır", — deyə dəmir yollarının operatoru olan "Infrabel"in nümayəndəsi Frederik Sakr faktı təsdiqləyib.

Qəza yerinə təcili yardım xidmətləri cəlb olunub.

"Belga" nəşrinin şəhər merinə istinadən verdiyi xəbərə görə, insident bazar gün axşam saatlarında baş verib. Qatarlar eyni xətt üzrə hərəkətdə olublar və sərnişin qatarı digərinə arxadan çırpılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi