Belçikada qadın iki yaşlı qızını qril aparatında bişirərək öldürüb

Belçikada qadın iki yaşlı qızını qril aparatında bişirərək öldürüb Qadın övladını Cənnətə düşmək üçün yandırdığını bildirib
Digər ölkələr
27 Sentyabr , 2017 05:15
Belçikada qadın iki yaşlı qızını qril aparatında bişirərək öldürüb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Belçikada azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı qadın saxlanılıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, qızın kömürə dönmüş qalıqları qril aparatının içindən tapılıb.

Polisə bu barədə qadının qonşuları xəbər verib. Onlar əvvəlcə uşağın ürəkparçalayan qışqırıq səsini eşidiblər, ardınca isə qarajdan tüstü çıxdığını görüblər.

Hadisə yerinə gələn polis əməkdaşları asayiş keşikçiləri qril aparatının yanında Afrika mənşəli qadın və yanaraq külə dönmüş uşaq meyiti aşkar ediblər.

Qadın dindirilmə zamanı bunları deyib:

"Biz Cənnətə düşmək üçün ikimiz bir yerdə yanmalı idik".

Sonradan müəyyən edilib ki, şübhəli şəxs qətli törədən zaman depressiyada olub. Polis qadının ruhi xəstə olduğunu istisna etmir.

Son xəbərlər

Orphus sistemi