Yuxarı
    Bağlamaq

    Belçikada pul qoyuluşunda fırıldaqçılıqla məşğul olan ermənilərdən ibarət dəstə tutulub

    Genişmiqyaslı fırıldaqçılıqla bağlı şübhəlilərin həbslərinin Avropanın digər ölkələrində də davam edəcəyi istisna olunmur

    Bakı. 8 dekabr. REPORT.AZ/ Belçikada Beynəlxalq Tennis Federasiyasının (ITF) seriyalı "Challenger" turnirinin oyunlarına pul qoyuluşunda fırıldaqçılıq şübhəsi ilə təxminən 50 nəfər saxlanılıb.

    Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

    "Derniere Heure" qəzetinin məlumatına görə, saxlanılanlar cinayətkar dairələrin məlumatı əsasında bukmeker kontorlarında nəticələri onlara əvvəlcədən məlum olan oyunlara pul qoyuluşları ediblər. Artıq Brüssel, Antverpen, Gent və Brugge prokurorluqlarında 18 cinayət işi açılıb.

    Nəşrin məlumatına görə, istintaq orqanları hesab edirlər ki, fırıldaqçılıq əməllərinin arxasında erməni əsilli Belçika vətəndaşları dayanır. 

    İstintaq genişmiqyaslı fırıldaqçılıqla bağlı şübhəlilərin həbslərinin Avropanın digər ölkələrində də davam edə biləcəyini istisna etmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi