Belçikada insanların üzərinə avtomobilin sürülməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb

Belçikada insanların üzərinə avtomobilin sürülməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb Belçikanın Eno əyalətinin Strepi-Brakni rayonunda naməlum şəxs avtomobili insanların üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
Digər ölkələr
20 Mart , 2022 15:11
Belçikada insanların üzərinə avtomobilin sürülməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb

Belçikada karnaval yürüşünün iştirakçılarının üzərinə avtomobilin sürülməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belçika Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib. 

Qeyd edilib ki, yaralanan 10 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Prokurorluğun məlumatına görə, 1988 və 1990-cı il təvəllüdlü iki yerli sakin saxlanılıb. 

Hadisənin terror aktı olması istisna olunur.

12.35

Belçikanın Eno əyalətinin Strepi-Brakni rayonunda naməlum şəxs avtomobili insanların üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı RTVF telekanalı yayıb.

Bildirilib ki, 7 nəfər ağır yaralanıb, 15 nəfər isə yüngül xəsarət alıb.

Məlumata görə, avtomobildə olan şəxslər saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi