​Belçikada naməlum şəxs bıçaqla iki polisi yaralayıb

​Belçikada naməlum şəxs bıçaqla iki polisi yaralayıb Onlardan biri üz nahiyəsindən dərin yara alıb
Digər ölkələr
6 Avqust , 2016 20:03
​Belçikada naməlum şəxs bıçaqla iki polisi yaralayıb

Bakı. 6 avqust. REPORT.AZ/ Belçikanın Şarlerua şəhərində naməlum şəxs bıçaqla iki polis əməkdaşını yaralayıb və özü də asayiş keçikçiləri tərəfindən yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

"İki polis idarəsi qarşısında "Allahu Əkbər" qışqıran şəxs tərəfindən bıçaqla yaralanıb. O da yaralanıb, lakin sağdır", — deyə Şarlerua polisi öz "Twitter" mikrobloqunda yazıb.

Belçikanın "Soir" nəşri yazır ki, polislərdən biri üz nayihəsinin dərin yarası ilə xəstəxanaya yerləşdirilib. Onun həmkarı yüngül xəsarət alıb.

Üçüncü polisin atəş açdığı naməlum şəxs özü isə ağır vəziyyətdədir. O da xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi