Belçikada müsəlmanları təhqir edən siyasətçinin Çin casusu olduğu üzə çıxıb

Belçikada müsəlmanları təhqir edən siyasətçinin Çin casusu olduğu üzə çıxıb Bakı. 13 noyabr. REPORT.AZ/ Belçikada barəsində araşdırma aparılan millətçi və separatçı Flamand arzusu partiyasının liderlərindən olan Filipp Devinter Çinin xeyrinə casusluqda şübhəli bilinir.
Digər ölkələr
13 Noyabr , 2018 07:30
Belçikada müsəlmanları təhqir edən siyasətçinin Çin casusu olduğu üzə çıxıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Belçikada barəsində araşdırma aparılan millətçi və separatçı "Flamand arzusu" partiyasının liderlərindən olan Filipp Devinter Çinin xeyrinə casusluqda şübhəli bilinir.

Bu barədə "Report" "Het Laatste Nieuws" qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Devinter 10 ildir ki, Antverpendə Çinin xeyrinə casusluqda şübhəli bilinən QHT-lərə konsultativ xidmətlər göstərir.

Bildirilir ki, siyasətçi 2017-ci ildə Çindən qovulmuş və QHT-nin əsasını qoymuş Şao Çançunla sıx əlaqə saxlayıb. Həmin QHT Devinterin Çin, Qazaxıstan və Özbəkistana səfərini maliyyələşdirib.

Siyasətçi bununla bağlı bütün ittihamları rədd edıb. O, ittihamları qarayaxma kampaniyası adlandırıb. Filipp Devinter bildirib ki, Çin icması ilə əlaqələrin qurulması üçün QHT əməkdaşları ilə əlaqə saxlayır.

Son xəbərlər

Orphus sistemi