Yuxarı

Belçikada minlərlə insan dondurucu soyuqda Şimal dənizinə girib

Hər il keçirilən bu yürüşün məqsədi diqqəti okeanın təmiz saxlanmasına yönəltməkdir

Bakı. 2 yanvar. REPORT.AZ/ Dondurucu soyuğa baxmayaraq, yeni ilin ikinci günü Belçikada minlərlə insan Şimal dənizinə girib.

Ostend şəhərində 1987-ci ildən keçirilən Nieuwjaarsduik adlı mərasimə tamaşaçılarla bərabər təxminən 5 min nəfər qatılıb. Aralarında yaşlıların və uşaqların da olduğu insanlar 200 metr məsafədən yüyürərək dənizə giriblər. Kimi soyuğa dözməyərək tez sahilə qayıdıb, kimi də bir müddət suda qalıb.

Hər il keçirilən bu yürüşün məqsədi diqqəti okeanın təmiz saxlanmasına yönəltməkdir. İştirakçılar bununla həm də soyuğa meydan oxuduqlarını nümayiş etdirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi