Belçikada marafon zamanı açılan atəş baş nazirin "qulağını batırıb"

Belçikada marafon zamanı açılan atəş baş nazirin "qulağını batırıb" Şarl Mişel eşitmə problemi üzündən parlamentdə çıxış edə bilməyib
Digər ölkələr
29 may 2017 21:41
Belçikada marafon zamanı açılan atəş baş nazirin qulağını batırıb

Bakı. 30 may. REPORT.AZ/ Belçikanın baş naziri Şarl Mişel eşitmə problemi üzündən parlamentdə çıxış edə bilməyib.

"Report" xəbər verir ki, problem Belçika şahzadəsinin Brüssel marafonu zamanı start tapançasından açdığı atəşlə onun qulağını batırmasından sonra yaranıb.

Marafon bazar günü keçirilib. Qaçışa startı şahzadə verib. Onun yaxınlığında duran baş nazir qəfil açılan atəş səsindən diksinib.

Son xəbərlər

Orphus sistemi