Bakı. 27 dekabr. REPORT.AZ/ Belçika hüquq-mühafizə orqanları son iki ildə altı terror aktının qarşısını almağı bacarıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "La Derniere Heure" qəzetinə müsahibəsində Brüsselin Federal Məhkəmə Polisinin (FMP) rəhbəri Erik Yakobs məlumat verib.
Onun sözlərinə görə, FMP kəşfiyyat xidməti ilə sıx əməkdaşlıq edir.
E.Yakobs polisin hər gün terrorla əlaqədar təxminən 600 məlumat aldığını da əlavə edib.