Belçikada dəmiryolçuların ölkəboyu tətili başlayıb

Belçikada dəmiryolçuların ölkəboyu tətili başlayıb Həmkarlar İttifaqı dəmiryolçuların işdən qovulma hallarına son verilməsini tələb edir
Digər ölkələr
6 Yanvar , 2016 04:20
Belçikada dəmiryolçuların ölkəboyu tətili başlayıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Belçikada Həmkarlar İttifaqının çağırışı ilə ötən axşamdan etibarən dəmiryolu maşinistlərinin ölkəboyu tətili başlayıb.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, 48 saat davam edəcək etiraz aksiyası ilə əlaqədar 70%-ə qədər yerli qatarlar və regional elektrik qatarlarının hərəkəti dayandırılıb.

Aksiya sərnişin və yükdaşıma reyslərini əhatə edir. Tətil səbəbindən uzaq məsafəyə nəzərdə tutulan sərnişin daşımaları həyata keçirilmir.

Tətil milyonlarla sərnişinin hərəkətinə təsir edib. Onlara alternativ nəqliyyat vasitələrindən istifadə etmək təklif olunub. Nəticədə yollarda iri tıxaclar yaranıb.

Qeyd edək ki, Həmkarlar İttifaqı dəmiryolçuların işdən qovulma hallarına son verilməsini tələb edir. 

Son xəbərlər

Orphus sistemi