Belçikada yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi bildirib.
Turnout Bələdiyyəsinin rəhbəri Paul Van Miert partlayış nəticəsində divarları dağılan binanın qalıqları altında axtarış işlərinin başa çatdığını və 4 nəfərin öldüyünü deyib.
Əvvəldən barələrində heç bir xəbərin alınmadığı 8 nəfərdən bəzilərinin partlayış zamanı evlərində olmadığı müəyyənləşdirilib. Partlayış zamanı dağıntılar altında qalan qadının xilas edildiyi açıqlanıb. Yaralının xəstəxanada müalicəsi davam edir.
Aidiyyəti orqanlar ərazidə təmizlik işlərinə başlayıb.
Hadisə qaz sızması nəticəsində baş verib. Dörd mərtəbəli binanın sonuncu mərtəbəsində baş verən partlayış nəticəsində iki mərtəbənin divarları uçub.