Belçikada antiterror təhqiqatı keçirilib, saxlanılanlar var

Belçikada antiterror təhqiqatı keçirilib, saxlanılanlar var Bakı. 5 mart. REPORT.AZ/ Belçikada antiterror təhqiqatı keçirilib.
Digər ölkələr
5 Mart , 2018 21:40
Belçikada antiterror təhqiqatı keçirilib, saxlanılanlar var

Bakı. 5 mart. REPORT.AZ/ Belçikada antiterror təhqiqatı keçirilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Molenbeek rayonunda, həmçinin Qerardsberqen və Mehelen şəhərlərində keçirilən təhqiqat zamanı 8 nəfər saxlanılıb.

Federal Prokurorluğun dəftərxanasından bildirilib ki, saxlanılanlarda hər hansı silah və ya partlayıcı maddə aşkarlanmayıb.

Prokurorlar təhqiqatın təfərrüatı barədə heç nə deməyiblər. Lakin bildirilib ki, iş 2015-ci ilin noyabrında Parisdə silahlı belçikalılar və fransızların iştirakı ilə edilmiş hücumla, yaxud martın 22-də Brüsseldə törədilmiş terror aktı ilə bağlı deyil.  

Son xəbərlər

Orphus sistemi