Belçikada anomal istilərlə əlaqədar iş saatı azalıb, suvarma qadağan edilib

Belçikada anomal istilərlə əlaqədar iş saatı azalıb, suvarma qadağan edilib Bakı. 26 iyul. REPORT.AZ/ Belçikada anomal istilərlə əlaqədar bəzi müəssisələr və dövlət orqanlarında gündəlik iş saatı azaldılıb, su istehlakına məhdudiyyət tətbiq edilib.
Digər ölkələr
26 İyul , 2018 13:20
Belçikada anomal istilərlə əlaqədar iş saatı azalıb, suvarma qadağan edilib
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ Belçikada anomal istilərlə əlaqədar bəzi müəssisələr və dövlət orqanlarında gündəlik iş saatı azaldılıb, su istehlakına məhdudiyyət tətbiq edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, belə hava şəraitinin iki həftə davam edəcəyi proqnozlaşdırılır.

Brüssel Kral Meteorologiya İnstitutundan bildirilib ki, iyulun sonunadək Belçikada illik istiliyin ən yüksək həddə olacağı gözlənilir. Ölkənin bəzi rayonlarında temperatur 40 dərəcəyə yüksələcək.

Belçikanın flamanlar yaşayan ərazisində borularla axan suya qənaət olunması ilə bağlı xəbərdarlıq edilib. Əkin sahələrinin, bağların sulanması və hovuzların su ilə doldurlması qadağan olunub.

Son xəbərlər

Orphus sistemi