Bakı. 13 iyul. REPORT.AZ/ Belçika üç ölkədəki səfirliyini bağlayıb.
"Report" Belçika
Belçikanın bu ölkələrdəki maraqlarını ölkənin Avstriyadakı səfirliyi təmsil edəcək.
Bundan əlavə, Belçika bir sıra ölkələrdə, o cümlədən Kipr, Əfqanıstan, Konqo, Litva, Liviya və digər ölkələrdəki səfirlik və baş konsulluqlarının fəaliyyətini dayandırmağı planlaşdırır. Bu tədbirlər maliyyə vəsaitinin qənaəti ilə əlaqədar həyata keçirilir.
Belçikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, həmin dəyişikliklər bu ölkənin Bakıdakı diplomatik missiyasının işinə təsir göstərməyəcək və səfirlik fəaliyyətini adi qaydada davam etdirəcək.