Belçika səfirinin xanımı Cənubi Koreyada satıcıları döyməkdə ittiham edilir

Belçika səfirinin xanımı Cənubi Koreyada satıcıları döyməkdə ittiham edilir Belçikanın səfirinin arvadı Cənubi Koreyanın paytaxtı Seulda mağazanın iki satıcısını döyüb
Digər ölkələr
102
18 May , 2021 03:47
Belçika səfirinin xanımı Cənubi Koreyada satıcıları döyməkdə ittiham edilir

Belçikanın səfiri Piter Leskuyenin arvadı, 63 yaşlı Syan Syuesiu Cənubi Koreyanın paytaxtı Seulda mağazanın iki satıcısını döyüb.

“Report”un məlumatına görə, bu barədə Cənubi Koreyanın asayiş keşikçilərinə istinadən “Le Figaro” nəşri bildirib.

Polisin məlumatına görə, diplomatın arvadı Seulda geyim mağazasında iki paltarı ölçüb və mağazadan çıxmağa tələsib. Mağazanın əməkdaşı dərhal paltarın geyinilib-geyinilmədiyini bilmək üçün Syan Syuesiunun arxasınca gedib. Güman edilir ki, davaya məhz bu səbəb olub. Cənubi Koreya mətbuatında müşahidə kameralarının yayılmış kadrlarında qadının əlini dartması və satıcının başına zərbə endirməsi, sonra köməyə gələn başqa əməkdaşı da vurması görünür.

Qadın məhkəmə təqibindən qaçmaq üçün diplomatik toxunulmazlığa istinad edib. Öz növbəsində əri - səfir Piter Leskuye hadisə ilə əlaqədar təəssüfünü bildirib.

"Hadisənin başvermə şəraiti nə olursa-olsun, onun reaksiyası qəbuledilməzdir", - diplomat deyib.

Bu halda Belçika səfirliyində bildiriblər ki, səfirin arvadının toxunulmazlıq hüququnu dəstəkləyirlər.

Son xəbərlər

Orphus sistemi