Belçika prokuroru ölkədə terror aktı törədiləcəyi haqda xəbərdarlıq edib

Belçika prokuroru ölkədə terror aktı törədiləcəyi haqda xəbərdarlıq edib Frederik Van Lev: "Terrorçular bu tarixə böyük önəm verir"
Digər ölkələr
8 Yanvar , 2016 14:02
Belçika prokuroru ölkədə terror aktı törədiləcəyi haqda xəbərdarlıq edib

Bakı. 8 yanvar. REPORT.AZ/ "Yanvarın 15-də Belçikada terror aktı törədilə bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Belçikanın Federal prokuroru Frederik Van Lev bildirib.

O qeyd edib ki, Belçikada terrorçular yanvarın 15-i tarixinə böyük önəm verirlər: "Bu, onlar üçün simvolik tarixdir. Biz bunu bilirik. 2015-ci il yanvarın 15-də ölkənin cənub-şərq hissəsində yerləşən Vervye şəhərində keçirilmiş irimiqyaslı antiterror əməliyyatı zamanı terrorçularla silahlı toqquşma olub. Onda iki terrorçu zərərsizləşdirilib, 8-i isə tutulub".

Məlumata görə, həmin günlərdə Vervyedə keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində terrorçu qruplaşma üzvlərinin Belçikanın dövlət təhlükəsizlik xidməti və polis idarəsinin binasına hücum edəcəyi müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi