Belçika naziri vətəndaşlara Sinay adasına səfərlərdən çəkinməyi tövsiyə etdi

Belçika naziri vətəndaşlara Sinay adasına səfərlərdən çəkinməyi tövsiyə etdi Bununla bağlı xarici işlər naziri Didye Reynders açıqlama verib
Digər ölkələr
6 Noyabr , 2015 02:32
Belçika naziri vətəndaşlara Sinay adasına səfərlərdən çəkinməyi tövsiyə etdi

Bakı. 6 noyabr. REPORT.AZ/ Belçikanın Xarici İşlər Nazirliyi öz ölkəsinin vətəndaşlarına Şarm-əl-Şeyxə səfər etməməyi tövsiyə edib.

Bununla bağlı xarici işlər naziri Didye Reynders açıqlama verib. Onun sözlərinə görə, nazirlik vətəndaşlara heç bir qadağa qoymur, lakin Şarm-əl-Şeyx hava limanında təhlükəsizliyə tam zəmanət verilməyənədək ora səfərlərdən çəkinməyi məsləhət görür.

Britaniya isə artıq Sinay adasına uçuşları dayandırıb. Ölkənin nəqliyyat naziri Patrik Maklaflin bildirib ki, Şarm-əl-Şeyx şəhərinə uçuşların tam nə vaxt bərpa olunacağı hələ məlum deyil. Lakin bu qadağa səbəbindən 20 minə yaxın britaniyalı ölkəsinə qayıda bilməyib. Buna görə noyabrın 6-sı gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində Britaniya hökuməti müvəqqəti olaraq uçuşları bərpa edəcək.

Qeyd edək ki, oktyabrın 31-i Sinay adasında Airbus A321 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 217 sərnişin və 7 heyət üzvü həlak olub. Qəzaya səbəbin terror aktı olması ehtimalı səsləndikdən sonra bəzi ölkələr Sinay adasına uçuşlardan imtina edib.

Son xəbərlər

Orphus sistemi